Bu gün ETN daha bir onlayn seçimə start verir.

10-cu siniflər məktəblərini rahatca dəyişə biləcəklərmi ?

Bu gün saat 15.00-da 10-cu siniflər üçün növbəti dərs ili üzrə şagird yerdəyişməsi aktivləşəcək.

Proses Nazirliyin daha bir faydalı resursu, sy.edu.az elektron sistemi üzərindən valideynlərin onlayn məktəb seçimi ilə həyata keçirilir.

Burada rəqabət elə də güclü deyil. Amma?

Amması odur ki, 10-cu siniflər üzrə yerdəyişmə nisbətən spesifik oldiğundan Nazirlik şagird yerdəyişməsi üzrə bu elektron xidməti iki mərhələyə bölüb.

9-cu sinfədək seçim avtomatik olaraq , heç bir sənəd teqdim etmədən, onlayn formada reallaşır.

10-cu siniflər üzrə şagird yerdəyişməsi üçün valideynlər əlavə sənədlər yükləməklə seçimi əsaslandırmalıdırlar.

Yəni, tutaq ki, Bakı şəhərində oxuyan şagird rayon, kənd məktəbini seçəcəksə bunun ağlabatan izahını verməlidir.

Güman ki, Nazirlik bunu ali məktəblərə daha rahat hazırlaşmaq üçün oxuduğu məktəbdən çıxan, dərslərə getməmək şərtilə adını rayon məktəblərinə yazdırmaq istəyənlərin qarşısı almaq üçün edib.

Odur ki, valideynlərin bu elektron sistem üzərindən təqdim etdikləri sənədlər ETN tərəfindən təsdiqləndikdən sonra yerdəyişmə etmək mümkün olacaq.

Məktəb yerdəyişməsinin başa çatması üçün şagirdin çıxdığı və oxuyacağı məktəblərin rəhbərləri elektron sistemdə müvafiq təsdiqləməni etməlidirlər.

Yeri gəlmişkən, hələlik bu elektron xidmətlər tam rəqəmsallaşmadığından valideynlər sonradan sənədləri kağız formada da məktəblərə təqdim etməlidirlər.

Osman Gündüz, İKT mütəxəssisi