Azərbaycan abituriyenti qədər dünyanın heç bir ölkəsində əziyyət çəkən abituriyent yoxdur.
Dərsliklər bəziləri bərbad haldadır. Xüsusilə də ümumi tarix, kimya və s. Ümumi tarix dərsliyində verilən informasiyalar bir çox mövzularda xaotik səciyyə daşıyır. Tarix fənn müəllimləri haqlı etiraza başlayıblar. Çünki bir dərslikdə verilən informasiya digərində yoxdur. Abituriyent isə əlacsızlıqdan öyrənməlidir. Çünki qəbulda düşə bilər. II və III ixtisas qrupunda hazırlaşan abituriyentlər rəsmən istismar olunur. Təkcə tarix dərslikləri 12 addadır. Ümumilikdə 6-7 fənn üzrə hazırlıq keçirlər. Yazıq valideyn. Aylıq hazırlıq qiyməti minimal 250, maksimum 1000 AZN.
II ixtisas qrupuna gəldikdə isə fikrimcə, buradan ümumi tarix fənnini çıxartmaq lazımdır. Beynəlxalq münasibətlər və regionşünaslıq ixtisasları artıq bu qrupda yer almır. Dövlət İmtahan Mərkəzi nəzərə almalıdır.
Fikrimcə, bütün dərsliklərin yenidən, şəffaf və düzgün hazırlanmasına ehtiyac var.
Bundan əlavə qəbul imtahanlarının modeli, formatı dəyişməlidir. Fənlərin sayı minimallaşdırılmalıdır.
Müəllimlərin əziyyətinə, şagirdlərin və valideynlərin istismarına son verməyin zamanı çoxdan keçib. Aidiyyatı qurumlar mütləq nəzərə almalıdır.
Elçin Əfəndi, təhsil eksperti