İl sona çatır. Amma kritik informasiya infrastrukturunun siyahısı təsdiqlənmədi. İlin əvvəli Prezidentin fərmanı ilə 3 ay vaxt verilsə də indiyədək siyahı ortada yoxdur.
Görünür ki, bəzi qurumlar bu siyahıya düşməkdən yayınmaq istəyirlər. Burada həm dövlət, həm də özəl qurumlardan söhbət gedir.
Maraqlıdır ki, bu sahənin də cavabdehləri DTX və XRİTDX -dir.
Hansı qurumlar, hansı sistemlər bu siyahıya daxil ediləcək ? Hələlik heç kim bunu bilmir.
Fikrimcə , milli domenlə (.az domeni ) bağlı infrastruktur da birmənalı olaraq kritik infrastruktura daxil edilməlidir.
Özəl qurum olduğundan .az domen təsərrüfatının kritik siyahıya daxil edilməsi DTX səlahiyyətindədir.
Lakin, maraqlı məqam odur ki, görəsən DTX .az domeni ilə bağlı kimi, hansı qurumu siyahıya salacaq.
Belə ki, milli domenimizin milli inzibatçısının kim olması heç bir hüqüqi-normativ aktda, nə Telekommunikasiya haqqında qanunda, nə Nazirlər Kabinetinin “Milli domen adlarının qeydiyyatı və istifadəsi Qaydalarında”, nə də Nazirliyin sənədlərində yoxdur.
Adətən ölkənin İKT camiəsində .az domen infrastrukturuna İntrans şirkətinin direktoru Faiq Fərmanov və Prezident Administrasiyasında sektor müdiri Elmir Vəlizadənin rəhbərlik eytdiyi bildirilir.
Əlbəttə, daha dəqiq məlumatları hökumət bilir.
Əvvəlki dövrlərdə milli domenin tənzimlənməsi, milli inzibatçı məsələlərində ciddi qüsurlara yol verilib. Bu haqda çox yazılıb.
Təəssüf ki , RİNN-nin yeni rəhbərliyi də, baxmayaraq ki İKT sektorunda tənzimləyici Agentlik formalaşdırılıb, hələlik bu məsələlərə yetərli diqqət ayırmayıblar.
Ümid edirəm, kiritik infrastruktur formalaşdırılanda DTX və RİNN Azərbaycan İnterneti ilə, ölkənin milli təhlükəsizliyilə bağlı bu milli inzibatçı məsələsinə də aydınlıq gətirəcəklər.
Osman Gündüz, İKT ekspert