Şarl De Qoll Fransa generalı və siyasətçisidir. İkinci dünya müharibəsində alman faşistlərinə qarşı Müqavimət hərəkatna rəhbərlik edən şəxs olmuşdur. O, 1944–1946-cı illərdə Fransada yaradılmış müvəqqəti hökumətə başçılıq etmişdir. 1-ci  Dünya Müharibəsi illərində leytenant De Qoll döyüşlərdə iştirak edərək  və 2-ci  Dünya Müharibəsi zamanı polkovnik rütbəsinə sahib olmuşdur. 1940-cı il mayın 14-də De Qolla 4-cü Panzer Diviziyasına komandanlıq verildi və  iyunun 1-dən o, artıq briqada generalı kimi xidmət etməyə başlamışdır. 1958-ci ildə De Qoll yeni hökümət yaradılması üçün tapşırıq aldı.  De Qoll bu ərəfədə konstitusiya islahatını həyata keçirərək Beşinci respublikanın əsasını qoymağa başladı və Fransa respublikanın prezidenti seçilmişdir. Prezidenti kimi yeni respublikanın formalaşmasında böyük bir rol oynamış, “Qollizm” ideologiyası bu gündə Fransanın siyasətində böyük rol oynayır.

Şarl de Qoll Bakıya 1944-cü ilin noyabr ayında Tehrandan səfər etmişdir. İosif Stalin ilə görüşmək üçün Bakıdan Moskvaya yollanmalı idi.

De Qoll Azərbaycan haqqında, həmçinin  azərbaycanlı partizan dostlarından çox eşidib. Fransa partizanları arasında artıq duyulası nüfuz sahibi olan Əhmədiyyə Cəbrayılov 1944-cü ilin 22 avqustunda azad olunmuş Parisdə Fransa Müqavimət hərəkatının rəhbəri general Şarl de Qolla görüşür və bu tanışlıq onların dostluğuna çevrilir. Zamanında Əhmədiyyə Cəbrayılov mətbuata açıqlamasında bu tanışlığı belə nəql etmişdi: “Mən bəstəboy, arıq bir oğlan idim. Partizanlara qoşulandan sonra aylarla onlar məni sınadılar. Saysız-hesabsız əməliyyat tapşırıqlarına gedərək partizanların rəğbətini qazanmağa nail oldum. Həmişə başıma fransız kepkası qoyardım ki, sadə fransızlardan seçilməyim. Bir gün elə oldu ki, Şarl de Qolla əməliyyata gedəsi oldum. De Qoll hansısa bir ərəfədə qabağa keçərkən ona dedim ki, sən keç arxaya və özüm qabağa getdim. De Qoll dedi ki, niyə belə edirsən? Cavab verdim ki, əgər səni vursalar, bütün Fransa partizanları, müqavimət hərəkatı başsız qalacaq, əgər məni vurası olsalar, heç bir qorxusu yoxdur”. Müharibədən sonra Əhmədiyyə Cəbrayilov Fransa Respublikasının Prezidenti Şarl de Qollun ofisində işləyirdi. O, Müqavimət Veteranları Birliyinin ən hörmətli üzvlərindən biri idi. Fransada yaxşı yaşaması üçün hər cür şəraiti olmağna baxmayaraq, o öz vətəni üçün darıxırdı və 1948-ci ildə Azərbaycana qayıdır. Ayrılıq zamanı general de Qoll öz dostuna Fransanın fəxri vətəndaşı sənədini və Fransada bütün növ nəqliyyatdan pulsuz istifadə etmək mandatını təqdim etdi. Bu, Fransada yalnız bir nəfərin – Respublika Prezidentinin istifadə etdiyi bir imtiyaz idi. Azərbaycana geri döndüydə o “vətən xaini” adlandırılır və mükafatlarının yarısı əlindən alınır. Onu Şəkiyə öz doğma Oxud kəndinə göndərilər və oranı tərk etməmək əmri verililər. Sibirə sürgüdən 1944-cü il avqustun 24-də Parisin azad edilməsindən sonra çəkilmiş bir fotoşəkillə xilas edildi – Fransanın Müvəqqəti Milli Hökumətinin sədri, general Şarl de Qoll bayram süfrəsi başında oturmuşdu.

Qəhrəmanı yalnız altmışıncı illərdə xatırladılar. 1966-cı ildə Şarl de Qoll SSRİ-yə səfəri zamanı onu salamlayanlar arasında dostu Armad Mişelin (bu adla Əhmədiyyəni tanıyırdı) olmasını arzulayırdı. Bu barədə Leonid Brejnevə məlumat verilib və o, bu adamı təcili tapıb Moskvaya çatdırmağı əmr edib. Amma onu necə tapmaq olar? Və harada? Axı SSRİ vətəndaşları arasında o adda adam yox idi. Kreml makinaçılarından biri xatırladı ki, üç il əvvəl o, Nikita Xruşşova bu adın çəkildiyi sənədi yazır. Əhmədiyyə Cəbrayilovu tapmaq üçün Nikita Sergeyeviçin yanına getdilər . O, dərhal Əhmədiyyəni xatırladı. O, Fransada partizan müqaviməti birləşmələrində döyüşüb, sonra vətənə qayıtmışdır.

Tezliklə Oxud kəndinə dörd “Volqa” markalı hökumət korteji gəldi. Müxtəlif rütbəli məmurlar onu mühasirəyə aldılar və təntənəli şəkildə bildirdilər ki, o, təcili olaraq Moskvaya uçmalı, yoldaş Brejnevin özünü görməlidir. Və burada heç kimin gözləmədiyi bir şey baş verdi. Əhmədiyyə cavab verdi ki, yoldaş Brejnevlə özü arasında heç bir əlaqə görmür, kənddəki işini qoyub gedə bilməz. Hamı məəttəl qaldı və Əhmədiyyə evə qayıtmaq üçün üz tutanda gələnlərdən biri dövlət sirrini açmaq qərarına gəldi – Fransa prezidenti general Şarl de Qollla görüş olacaqdı. Aqronom dönüb ondan and içməyi xahiş etdi. Ertəsi gün o, Moskvanın hava limanında Fransa prezidentini qarşılayan bir qrupla birlikdə dayandı. General pandusdan düşdü, Brejnev və məmurları təntənəli şəkildə salamladı və uzun illər ayrılıqdan sonra Armad Mişeli görəndə onu qucaqladı və danışmağa başladı. Bu anda hamı təəcüblə onlara baxdı. Generalın xahişi ilə hər ikisini iqamətgaha apardılar, orada bağçada gəzdilər, şam işığında nahar etdilər və keçmişi xatırladılar.

Bakıda general De Qolu Azərbaycan SSR hökumətinin nümayəndələri və Moskvadan gəlmiş İttifaq nazirliklərinin nümayəndələri  28 may da yerləşən dəmir yolu stansiyasında qarşıladılar.

De Qoll Bakıda böyük hörmətlə qarşılandı, onu Bakının mərkəzi küçələrində və  İçərişəhərdə gəzdirdilər. Təbii ki, sonda  Qız Qalasını da ziyarət etmişdir. Bakının arxitekturası De Qollda inanılmaz təəssürat yaratmışdı, Bakıda qaldığı müddət ərzində İsa bəy Hacınskin yaşadığı evə yerləşdirilmişdir. Neft sənayeçisi Hacınskinin evi 1910-1912-ci illərdə tikilib. İnqilab illərində bina “insanların ehtiyacları üçün” istifadə edilirdi.

De Qoll üçün “Koroğlu” tamaşasının nümayişi təşkil olunmuşdur, qonağa operanın müəllifi, görkəmli bəstəkar Üzeyir Hacıbəyov əsəri təqdim olundu. Bəstəkar generalı operanın süjet xətti ilə tanış etmək istəyəndə o cavab vermişdir ki, o bu  əsərlə tanışdır. De Qoll Üzeyir Hacıbəyovla əsərinə heyran olduğunu bildirmiş, Hacıbəyovun Azərbaycan tarixinin, ədəbiyyatının və mədəniyyətinin xaricdə təbliğində əvəzsiz xidmətlərindən danışmışdır. “Arşın mal alan”ın məhz onun sayəsində Azərbaycan dilindən Fransız dillnə tərcümə olunduğunu vurğulayıb və Fransız səhnəsində səhnəyə qoyulmuşdur.

De Qollun Azərbaycana səfəri gələcəkdə Azərbaycan və Fransa arasındaki münasibətlərdədə boyük rol oynamağa başlamışdır. İki ölkə arasında diplomatik münasibətlər məhz 21 fevral 1992-ci tarixdə qurulmuşdur. Fransa Azərbaycan Respublikasının müstəqilliyni 3 yanvar 1992-ci il tarixdə tanımışdır. 20 oktyabr 1994-cü il tarixdə Fransada Azərbaycan Respublikasının səfirliyi açılmış, o cümlədən  Azərbaycan və Fransa arasında siyasi, iqtisadi, mədəni və təhsil sahələrində əməkdaşlıq yüksək səviyyədə inkişaf etmişdir. Azərbaycan və Fransa arasında 53 sənəd imzalanmış bunlar əsasən İqtisadi əməkdaşlıq sahədə olmuşdur.  Fransa ilə Azərbaycan arasında iqtisadi əlaqələr son illər ərzində inkişaf etmişdir. Buna əyani subut kimi,  Azərbaycan Respublikasının ilk peyki – “Azərspace-1” 2013-cü ilin fevral ayında Cənubi Amerikada, Fransanın inzibati idarəçiliyində olan Fransız Qvianasındakı Kuru kosmodromundan – Qviana Kosmik Mərkəzindən üzərində üçrəngli Azərbaycan bayrağı olan “Ariane-5” daşıyıcı raketi ilə orbitə buraxılmışdır. 2018-ci ilin sentyabrında isə Azərbaycanın “Azerspace-2” peyki Fransa Qvianasında yerləşən Kuru kosmodromundan orbitə buraxılmışdır. 2011-ci ildə Fransa Prezidenti Nikola Sarkozi Bakıda səfərdə olanda  Azərbaycanın birinci xanımı Heydər Əliyev Fondunun Prezidenti  hörmətli Mehirban Əliyevanı Fransa Respublikasının “Şərəf Legionun Zabiti” ali dövlət ordeni ilə təltif etmişdir. Bu, iki ölkə arasında yüksək kosmik texnologiyalar sahəsində qurulan sıx tərəfdaşlıq nəticəsində mümkün olmuşdur. İnanırıq ki, bundan sonrada istər iqtisadi sahədə, istərsədə mədəni sahədə fəaliyyət istiqamətimiz davam etdiriləcəkdir.

Qeyd etdiymiz kimi “Qollizm” ideologiyasi bu günlərdədə Fransanın siyasətində böyük rol oynayır. Qollizmin əsas ideyası Fransanın hər hansı bir xarici gücdən müstəqilliyi və xarici siyasətdə müstəqilliyidir, lakin Qollizm sosial və iqtisadi quruluşa da aiddir: Qollizmin xarakterik xüsusiyyətlərini sosial məsələlərdə mühafizəkarlıq və iqtisadi məsələlərdə dirijzm adlandırmaq olar. Fransanın siyasi sisteminin mühüm struktur bloklarından biri siyasi partiyalardır. Fransa parlamenti dünyada sağ və sol baxışların yaranmasında təsirli olub.Nəzərə alsaq ki, Fransa siyasi partiyaları Sosialist Partiyası (Sol Baxış) və Respublikaçılar kimi formalaşması təəccüblü deyil (Sağ Baxış). fransa siyasəti Türkiyəyə bənzər bir quruluş göstərsə də, ölkə unitar quruluşa malikdir və paytaxtıdır. Onu da qeyd edək ki, Parisdən idarə olunur. Fransanın cəmi 26 müxtəlif inzibati bölgəsi var. Bunlardan 22-si Fransa ərazisi daxilində, dörd bölgəsi isə xaricdə yerləşir. Ümumilikdə 100 əyalətin olduğu Fransada idarəetmə iyerarxik olaraq yuxarıdan həyata keçirilir. Prezident administrasiyanın başçısıdır, yerli hökumət isə aşağı səviyyədədir. Fransada fransız kursunun dörd problem sahəsini təhlil edirlər: Avropaya inteqrasiya, Avropada təhlükəsizlik böhranı, Hind-Sakit okean regionunda (İPR) ziddiyyətlər düyünü və Afrikadakı vəziyyət.

Fuad Quluzadə
Bakı Dövlət Universitetinin 2-ci kurs tələbəsi