İranda hicaba görə saxlanılan 22 yaşlı Məhsa Əmininin ölümü kütləvi etirazlara səbəb olub. Gənc qızın polis əməkdaşlarının işgəncələrinə məruz qaldığını deyən sakinlər küçələrə axışaraq, etiraz səslərini ucaldıblar.
Sentyabrın 13-də paytaxta gələn Məhsa Əmini qardaşı ilə birlikdə metrodan çıxdığı zaman hicab taxma qaydalarını pozduğuna görə hüquq-mühafizə orqanlarının əməkdaşları onu saxlayıb. Gənc qız polis bölməsində işgəncələrə məruz qalıb. Burnu qırılan Məhsa aldığı ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Zorakılığa məruz qalan 22 yaşlı qız sentyabrın 16-da Tehranın Kəsra xəstəxanasında həyatını itirib.İranın rəsmi qurumları onun ürək tutmasından öldüyünü iddia etsə də, ailəsi Məhsanın sağlam olduğunu bəyan edib. Bildirilib ki, qız xəstəlikdən deyil, aldığı xəsarətlərdən dünyasını dəyişib.


Gənc qızın yaxınları hadisədən sonra aksiyalar keçirməyə başlayıb. Bu aksiyalara digər qadınlarda qoşulub.
Bu haqda, politoloq Tural İsmayılovun fikirlərini öyrəndik. O bildirdi ki, bu proseslərin nəticələri uzun müddətdir gözlənilirdi: “İranda normal siyasi-ideoloji təbliğat aparılmırdı,burada uzun illər daxili-sosial,siyasi, iqtisadi islahatlar yerinə hansısa saxta düşmən obrazları yaradılırdı. Nəinki qonşularla, dünyadakı bir çox ölkələrlə problemli münasibətlər sistemi bu tip hadisələrin baş verməsinə səbəb oldu.İranda hazırda demokratiya və insan haqları ilə bağlı vəziyyət aşağı səviyyədədir”.
Politoloq onu da qeyd etdi ki, bu aksiyaların uzun müddət davam edəcəyi şübhəsizdir: “ran dövlətinin bundan sonra ölkə daxilində insan haqqları ilə bağlı inqilabi düzəlişlər etməyi labüddür. Əgər kəskin pozitiv addımlar atılmasa hesab edirəm ki,bu çox ciddi problemlərə və eyni zamanda İran dövlətçiliyi üçün qarşısıalınmaz siyasi fəlakətlərə səbəb olar. İranı dərin böhran prosesinin gözləyəcəyi də indidən proqnozlaşdırıla bilər”.

Arzu Eynullayeva, BDU Jurnalistika fakültəsinin tələbəsi